Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycanla keçiriləcək oyunlar öncəsi ciddi itki ilə üzləşib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, hücumçu Marko Arnautoviç sıradan çıxıb.

O, “İnter”in heyətində İtaliya A seriyasının V turunda “Empoli” ilə səfər oyununda zədələnib. Komandasının 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 71-ci dəqiqəsində əvəzetmədən meydana daxil olan 34 yaşlı oyunçu sol budundan xəsarət alaraq mübarizəni davam etdirə bilməyib.

İlkin tibbi müayinədən sonra onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Bu isə o deməkdir ki, forvard oktyabrda millinin rəsmi matçlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək Avstriya yığması üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp