Misli Premyer Liqasının 7-ci turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Futbolinfo.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Bilirdik ki, ağır oyun olacaq. “Qarabağ” çempionatımızın liderlərindəndir. Yaxşı təşkilatlanmış komandadır. Planımız daha çox ön xətdə oynamaq idi. Amma əfsuslar olsun ki, oyunun əvvəlində fərdi səhvlərdən qapımızda qollar gördük. Bundan sonra komanda istədiyimi verməyə çalışdı. Bu gün məğlub olmaya da bilərdik. Məzmunlu oyun göstərən və daim hücum axtarışında olan komanda gördüm. İstədiyim komanda budur. Bu tempi saxlaya bilsək, daha sanballı “Qəbələ” görəcəksiz. Meydanda bir-birinə layiq iki komanda var idi. Hamı “Qarabağ”ın səviyyəsini bilir. Onlardan aşağı səviyyəli oyun nümayiş etdirmədik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp