Viktor Osimhen üzr istəyib. O, son matçda etdiyi hərəkətlərdən peşmandır.

Futbolinfo.az xəbər verir ki, nigeriyalı forvard A Seriyasının son turunda əvəzlənərkən əsəbi davranmışdı. “Napoli”nin hücumçusu qələbə qazana bilməmələrinə və meydandan tez çıxarılmasına görə baş məşqçi Rudi Qarsiyaya etirazını bildirmişdi.

Matçın ertəsi Osimhen davranışlarına görə həm məşqçidən, həm də komanda yoldaşlarından üzr istəyib. Paltardəyişmə otağında futbolçu qazanmaq istədiyi üçün əsəbi olduğunu və yanlış hərəkətlər etdiyini bildirib. Onun üzrü qəbul edilib.

Shares: