Lui van Qal “Ayaks”a qayıtmayacağını bildirib. O, klub idarəçiliyində yer alacağı ilə bağlı xəbərləri təkzib edib.
Futbolinfo.az xəbər verir ki, Niderland millisinin sabiq baş məşqçisi hər hansı klubda işləmək niyyətində deyil. 72 yaşlı mütəxəssis bir müddət müalicəsi ilə məşğul olacaq.
Xatırladaq ki, 1991-97 və 2003-04-cü illərdə Amsterdam klubuna rəhbərlik edən, daha sonra bir çox klubda çalışan van Qal hazırda Polşadadır. O, burada prostat xərçəngindən müalicə alır və daimi həkim nəzarətindədir.