Kolumbiyanın “Tiqres” klubunun prezidenti Edqar Paes öldürülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Funksioner II Liqanın XIII turunda “Atletiko Kali”yə uduzduqları matçdan sonra güllələnib. Hadisə Paes qarşılaşmadan sonra evə qayıdarkən baş verib.
Kolumbiya Futbol Federasiyası da onun vəfatı ilə bağlı başsağlığı verib.
Belə hadisələr sözügedən ölkədə ilk dəfə baş vermiş. Futbol adamlarının hədələnməsi, öldürülməsi az qala adi hal alıb.