Marsel “Olimpik”i baş məşqçi problemini tezliklə yoluna qoymaq istəyir. Son turda PSJ-yə 0:4 hesabıyla yenlən komanda böhranlı günlərə son qoymaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Marselinyo Qarsiya Toral bir neçə gün öncə istefaya gödərilib. O, rəhbərliyi kluba diqqət ayırmamaqda, transferlər etməməkdə suçlamış, buna görə vəzifəsindən azad edilmişdi. Amma elə klub rəhbərliyindəki problemlər üzündən yeni məşqçi təyinatı da yubanır.
Böhran vəziyyətində olan zəif heyətli komandanı qəbul etməkdən imtina edən bir neçə mütəxəssislə danışıqlar müsbət nəticə verməyib. İndi Fransa klubu Roberto Donadoniyə üz tutub. 60 yaşlı italiyalı bu posta əsas namizəd sayılır. Hazırda danışıqlar davam edir.
Ölkəsində bir sıra klubu, o cümlədən milli komandanı çalıdırmış Donadoni 3 ildir işsizdir. O, sonuncu dəfə Çin klubunda işləyib.