“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçin “Hakken” klubu üç futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az Höteborq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Peter Abrahamsson, müdafiəçi Yohan Hammar və yarımmüdafiəçi Samuel Qustafsonun sözləşməsi yenilənib.

Abrahamsson və Qustafsonun müqavilələrinin müddəti 2025-ci, Hammarda isə 2026-cı ildə başa çatacaq.

“Qarabağ” 2-ci turda “Hakken”lə qarşılaşacaq. Azərbaycan çempionu rəqibi ilə oktyabrın 5-də səfərdə üz-üzə gələcək.

Shares: