Tovuz şəhər stadionu gecə oyunlarını qəbul etməyə hazırdır. Klubun yeni sponsoru illərdir həll edilməyən problemin çarəsini tapıb. Böyük xərc çəkən və zəhmətini əsirgəməyən “Huner Group” arenanın işıqlandırma sistemini qura bilib.

Bu barədə futbolinfo.az saytına “Turan Tovuz”un İdarə Heyətinin sədr müavini Əli Balakişiyev məlumat verdi. Onun sözlərinə görə, işləri planlaşdırdıqları vaxtdan da tez başa vurublar.

Amma 8-ci turun “Neftçi”yə qarşı ev matçına azarkeşlər projektorlar altında baxa bilməyəcək. Bunun səbəbi oyunun daha öncədən 16:00-a təyin edlməsidir. Eyni zamanda Peşəkar Futbol Liqası işıqlandırma sistemini test etməli, problem qalmadığına əmin olmalıdır. Buna isə yetərli zaman olmadığından “Turan Tovuz” azarkeşlərinin arzusu yalnız növbəti ev oyunundan etibarən reallaşacaq.

projektor1684755150 - Futbolinfo.az
Shares: