Yunanıstan Basketbol Federasiyası 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına son dörd yeri müəyyənləşdirəcək turnirlərdən birini qəbul etmək istəyir. Bu barədə qurumun rəsmi saytı məlumat verib.
Yunanıstan turnirin keçiriləcəyi yer kimi “Sülh və Dostluq” stadionunu və Afina Olimpiya Kompleksinin arenasını təklif edir. İkinci məkanla bağlı müəyyən problem yarana bilər. Belə ki, həmin arenadan “Panatinaikos” klubu da istifadə edir.
Olimpiadaqabağı təsnifat turnirləri iyunun 2-dən 7-dək keçiriləcək. Olimpiya Oyunları isə həmin ayın 26-da başlayacaq.
Qeyd edək ki, MBA-nın final seriyası 7 oyun davam edərsə, son qarşılaşma iyunun 23-də baş tutacaq.