Ceymi Karrager “Çelsi”nin transfer siyasətini tənqid edib. Hazırda şərhçi kimi çalışan “Liverpul”un sabiq yarımmüdafiəçisi londonluların futbolçulara münasibətindən də narazıdır.

Futbolinfo.az xəbər verir ki, sabiq futbolçu konkret misallar çəkib: “Məsələn, Mihaylo Mudrik kimi bir oyunçuyla müqavilə imzalayırsız və onun işlərinin yaxşı getmədiyini görürsüz. Ukraynalı üçün 80 milyon funt-sterlinqdən çox pul ödədilər. Ancaq sol və sağ qanadlara, hətta mərkəzə futbolçu almağa davam edirlər. Əlində olan futbolçuya şans vermədən onu qazana bilməzsən. Londonlular isə futbolçularına dəyər vermədən yenilərini almağa tələsirlər”.

Karrager bu siyasətin iflasa məhkum olduğunu düşünür: “Heyətə qatdığın Mudrik kimi oyunçuya şans verməlisən, onu qazanmalısan. “Çelsi”də isə hər futbolçu iki matçdan sonra yerini başqasına verəcəyini bilir. Belədə kimsənin parlaması, özünü göstərməsi mümkün deyil. Çünki futbolçular inanılmaz təxyiq altında oynayırlar”.

Shares: