Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatının X turunda Zaqreb “Dinamo”sunun heyətində ilk dəqiqələrdən meydanda olacaq.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, forvard əzəli rəqib Split “Hayduk”u ilə səfər qarşılaşmasına ilk “11-lik”də başlayacaq.
Bunun əsas səbəbi komandanın aparıcı vingeri Dario Şpikiçin zədədən əziyyət çəkməsidi. Xorvatiyalı forvard VIII turda “Slaven”lə görüşün birinci hissəsində zədələnmiş, fasilədən sonra yerinə məhz Emreli mübarizəyə qoşulmuşdu.
Baş məşqçi Sergey Yakiroviç bu dəfə “böyük oyun”da ilk dəqiqələrdən Emreliyə güvənməli olacaq. Aparıcı hücumçu Bruno Petkoviç də sağaldığından, Emreli hücumun sağında, o isə mərkəzində çıxış edəcək.
Qeyd edək ki, “Hayduk” – “Dinamo” oyunu oktyabrın 1-də keçiriləcək.