Azərbaycan I Liqasında çıxış edən “Karvan” heyətinə yeni legioner futbolçu cəlb edib. Ondo Vensli Makkaş Qlenni bölgə klubuna keçib. Bu barədə “Karvan”ın mətbuat xidməti məlumat yayıb.
20 yaşlı qabonlu futboçu ilə 1 illik müqavilə imzalanıb. Ondo mərkəz müdafiəçisi mövqeyində çıxış edir.
Futbolçu bir müddətdir komandada baxışda idi.
Qeyd edək ki, “Karvan” I Liqada 2 turdan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb.