Kişi voleybolçular arasında 2027-ci il dünya çempionatının ev sahibi bəlli olub. “WorldofVolley”in məlumatına görə, turniri Polşa qəbul edəcək.
Qərar ikinci Avropa İdman və Turizm Konqresində bəyan edilib. Məlumatı isə Polşanın Baş naziri Mateuş Moravetski ictimaiyyətə çatdırıb.
Qeyd edək ki, kişilərdən ibarət Polşa yığma komandası son on ildə (2014 və 2018-ci illər) iki dəfə dünya çempionatının qalibi olub. Polşa, həmçinin, 2036-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə də iddialıdır.