“Mançester Yunayted” məşqlərdən kənarlaşdırdığı futbolçusu Antonini geri qaytarıb. Adı keçmiş sevgilisinə qarşı şiddətdə hallanan braziliyalı çalışmalarda iştirak edə biləcək.
Futbolinfo.az xəbər verir ki, bu, hələ onun oyunlara buraxılacağı demək deyil. Sadəcə, oyunçunun formada qalması üçün belə addım atılıb. Məhkəmənin qərarından asılı olaraq Antoninin də taleyi müəyyənləşəcək.
Polis hazırda Antonin sevgilisinə şiddət göstərməsi ilə bağlı məsələni araşdırmağa davam edir. Klub araşdırmaların nəticəsini diqqətdə saxlayacaq.