Beynəlxalq Paralimpiya Komitəsinin baş assambleyasının iclası keçirilib. İclasıda əsas mövzu rusiyalı idmançılarla bağlı olub.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının turnirlərdə iştirakını federasiyaların öhdəsinə buraxıb.
Paralimpiya komitəsi idmançıların gələn il Parisdə keçiriləcək Paralimpiadaya buraxılmasını müzakirə edib. İclasda iki vacib qərar qəbul edilib. Əvvəlcə Rusiya Paralimpiya komitəsinin beynəlxalq qurumda üzvlüyünə baxılıb. 90-nın 56-ya səs nisbəti ilə şimal qonşularımızın üzvlüyü dayandırılıb. Digər qərar isə idmançıların iştirakı ilə bağlı olub. Burada aparılan səsvermənin nəticələri isə paralimpiyaçıların iştirakına icazə verib.
Beləliklə , gələn il Parisdə keçiriləcək yarışlara ruslar buraxılacaq. Ancaq ən vacib sual onların turnirə hansı yolla lisenziya əldə edəcəyidir.