Türkiyənin 1-ci liqasında 7-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Bandırmaspor”u qəbul edib.
Diniyev 0:1 hesabıyla uduzduqları bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, 90+6-cı dəqiqədə sarı vərəqə də alıb.
“Ümraniyəspor” hazırda 2 xalla sonuncu pillədə qərarlaşıb.