“Barselona”nın vingeri Rafinya zədələnib.

Futbolinfo.az AS-a istinadən xəbər verir ki, braziliyalı futbolçu La Liqanın 8-ci turunda “Sevilya”ya qarşı matçda (1:0) sıradan çıxıb və 37-ci dəqiqə əvəzlənib.

Onun ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Rafinyanın oktyabrın 28-də keçiriləcək “Real”la “el klasiko”nu buraxacağı bildirilir.

Kataloniya klubunun yarımmüdafiəçiləri Pedri və Frenki de Yonq da “Real”la görüşdə zədə səbəbindən oynamayacaq.

Shares: