Azərbaycan daha bir FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda iş başında olacaq.

Məsiyev Farer adalarında yerli “Klaksvik” və Fransanın “Lill” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Oktyabrın 5-də Torshavnda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Shares: