Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Sivasspor”la qarşılaşıb. Görüş qolsuz yekunlaşıb – 0:0.
Dadaşov da bu oyunun iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana buraxılıb.
“Hatayspor” 7 turdan sonra 11 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.