Yürgen Klopp “Tottenhem” – “Liverpul” matçının yenidən keçirilməsini istəyir. Alman məşqçi hakim səhvləriylə zəngin olan matçın nəticəsinin ləğv olunmasında maraqlıdır.
Futbolinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasının son turunda baş tutan qarşılaşma hakimlərin qonaqlara qarşı ardıcıl kobud səhvləri ilə yadda qalmış və “Tottenhem” 9 nəfərlə qalan rəqibini son dəqiqə qolu ilə məyus etmişdi. Sonradan VAR hakimlərinin kobud səhvləri üzə çıxmış, onlar cəzalandırılmışdı. Hətta səhvlərin əsas günahkarı olan Darren Enqlandın bir daha “Liverpul”un matçlarına təyinat almamasına qərar verilmişdi.
Amma “Liverpul”un baş məşqçisi bu tədbirlərin onların itirilən xallarını geri qaytarmayacağının fərqindədir. Bu səbəbdən Klopp oyunun yenidən keçirilməsini tələb edir: “Ən doğru yol budur. Düzdür, bu, böyük ehtimalla germəkləşməyəcək, amma ən yaxşısı belədir. O zaman hər şey daha ədalətli olardı”.