İdman gimnastikası üzrə dördqat olimpiya çempionu, amerikalı Simona Bayls beşinci dəfə komanda çoxnövçülüyündə dünya çempionu olmaqla rekorda imza atıb. Baylsın lider olduğu ABŞ komandası Antverpendə (Belçika) keçirilən yarışlarda hamıdan üstün olub. Xatırladaq ki, bu, ABŞ-nin ardıcıl 7-ci çempionluğudur.

Futbolinfo.az xəbər verir ki, komanda turnirində əvvəlki rekord 4 qızıl qazanan rumıniyalı Simona Amanar və çinli Huang Xu, Yang Vei və Çen Yibinqə məxsus idi.

Bayls bütün növlərdə çıxış edib. Simona dayaqla tullanmada 14.800, paralel qollarda 14.466, tirdə 14.300 və sərbəst hərəkətlərdə 15.166 xal alıb.

Qeyd edək ki, Bayls 2020-ci il Olimpiya Oyunlarından sonra ilk dəfə idi ki, beynəlxalq yarışlarda çıxış edirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp