Sankt-Peterburqda büdcədən maliyyələşən idman məktəblərinin atletlərinə, məşqçilərinə və işçilərinə şəhər idman komitəsinin icazəsi olmadan Rusiya ərazisini tərk etmək qadağan edilib. Bu məlumat bir neçə mənbə  tərəfindən yayılıb.

“Sankt-Peterburqun Bədən Tərbiyəsi və İdman Komitəsinə yaxın üç mənbə şəhərdəki dövlət idman məktəblərinin əməkdaşları və şagirdlərinin Rusiyadan kənarda təlim-məşq toplanışına və yarışlara getməsini qadağan edən sərəncamın mövcudluğunu təsdiqləyib. Bundan başqa, mövcud məlumata görə, bu yaxınlarda keçirilən iclasda qadağanın tətil dövründə xaricə səfərlərə şamil edildiyi də aydınlaşdırılıb”, – deyə “RİA Novosti” məlumat verib.

Xəbərə görə , şəhər idman komitəsinin razılığı alındıqdan sonra xarici səfərlərə icazə verilə bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp