DÇ-2024-ün elit-raund mərhələsində oktyabrın 6-da Qazaxıstanla qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, futzalçılarımız dünən Bakı İdman Sarayında tam heyətlə məşq ediblər.

Taktiki çalışmadan əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov komanda üzvləri ilə görüşüb, futzalçıları dinləyib, qarşıdakı oyunla bağlı federasiya prezidenti Zaur Axundovun tapşırıqlarını çatdırıb.

Xatırladaq ki, Azərbaycan – Qazaxıstan oyunu oktyabrın 6-da, Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da start götürəcək matç “CBC Sport”la canlı yayımlanacaq.

az 1696447157 Foto%20(27) - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp