İsveçin “Hakken” klubunun futbolçusu Yohan Hammar evdə “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi doğma meydanda bu turnirin himnini eşitməyin onlar üçün xüsusi olacağını bildirib:

“Bizi güclü rəqibə qarşı əla matç gözləyir. Bacarığımızı göstərə bilsək, qələbə qazanmaq şansımız böyükdür”.

Qeyd edək ki, bu gün “Ullevi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp