MHL-in genişləndirilməsi məsələsi gündəmdə deyil. Bu barədə liqanın komissioneri Qari Betmen məlumat verib.

Betmen Hyuston, Atlanta, Kvebek və Solt Leyk Sitidə komanda yaratmaq marağının olduğunu qeyd etsə də, genişləndirmə məsələsinin hazırda idarə heyətinin gündəmində olmadığını söyləyib.

“Əgər məlum olsa ki, hansısa bir layihə reallaşmağa hazırdır, o zaman idarə heyətinə təklifi təqdim edəcəyəm və məsələni müzakirə edəcəyik. Amma hazırda belə bir şey yoxdur və nə zaman real addımların atılacağını da söyləmək mümkün deyil.

Maraqlı mesajlar alırıq və daim müxtəlif mövzularda görüşlər keçirirəm. Əgər kimsə bizimlə danışmaq istəsə, onunla söhbət edəcəyik”, – Betmen bildirib.

Xatırladaq ki, son altı il ərzində MHL-də Veqas və Sietl kimi yeni komandalar iştirak etməyə başlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp