“Barselona” ciddi itki ilə üzləşib. İspaniya nəhəngi əsas hücumçusu Robert Levandovskini uzun müddətə itirib.

Futbolinfo.az xəbər verir ki, polşalı forvard 5-6 həftə məşqlərdən kənarda qalacaq. O, ən yaxşı halda noyabrın əvvəlində meydanlara qayıdacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Levandovski dünən Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Portu” ilə görüşün 36-cı dəqiqəsində zədələnərək əvəzlənmişdi. Maraqlıdır ki, oyunda yeganə qolu məhz Levandovskini əvəz edən Ferran Torres vurub.

35 yaşlı forvard sol ayağının topuq oynağından zədə alıb. O, bu zədəyə görə oktyabrın 28-də baş tutacaq “El Klassiko”da forma geyə bilməyəcək. Robert bu mövsüm ümumilikdə 10 matçda 6 qol vurub, 4 qolun ötürməsini verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp