Pol Poqba ilə bağlı qərar tezliklə veriləcək. Fransalı yarımmüdafiəçinin test nəticələri maraqla gözlənilir.

Futbolinfo.az xəbər verir ki, “Yuventus”un oyunçusunun ilk dopinq testinin nəticəsi müsbət çıxmışdı. Poqba dopinqdən istifadə etmədiyini, problemin amerikalı həkimin məsləhət bildiyi dərmanlardan qaynaqlandığını dilə gətirmişdi.

Tezliklə təkrar analizlərin nəticəsi bəlli olacaq. Testlər yenə pozitiv olarsa, Poqba 4 ilədək diskvalifikasiya olunacaq. Ən yaxşı halda o, 2 il kənarda qalacaq.

Cəza qərarı verilsə, turinlilər onsuz da zədə üzündən fayda görmədiyi oyunçu ilə 2026-ci ilədək olan müqaviləni ləğv edəcək, təqribən 30 milyon avro maaşı ödəməkdən qurtulacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp