“Milan” müdafiə xəttini gücləndirmək istəyir. Xüsusilə sağ cinaha yeni transfer planlaşdırılır.

Futbolinfo.az xəbər verir ki, İtaliya klubunun hədəfindəki oyunçular Kiliann Sidiyya və Co Skallidir. “Rossonyerlər” bu futbolçulardan ən azı birini yanvarda düşərgəsinə gətirmək niyyətindədir.

Sidiyya hazırda hazırda “Frayburq”da çıxış edir. 21 yaşlı fransalının A Seriyasına köçmək şansı daha çoxdur. Onunla anlaşmaq mümkün olmasa, digər Bundesliqa klubunun qapısını döymək lazım gələcək. “Borussiya”nın 20 yaşlı amerikalı üzvü də gələcəkdə ulduz olmağa namizədlərdəndir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp