Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində ikinci oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Kosovo klubu “Ballkani”nin qonağı olub.

Oyun “Dinamo”nun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Emreli də bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxıb və 80-ci dəqiqədə sarı vərəqə alıb.

“Dinamo” hazırda 3 xalla qrup üçüncüsüdür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp