AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığması daha bir itki ilə üzləşib.

Futbolinfo.az saytı xəbər verir ki, bu dəfə müdafiəçi Maksimilian Vöber sıradan çıxıb.

Münhenqladbax “Borussiya”sının 25 yaşlı oyunçusunun Bundesliqanın VI turunda “Bohum”la səfər qarşılaşmasından sonra topuğundan xəsarət aldığı aşkarlanıb. Onun “Maynts”la bugünkü çempionat qarşılaşmasında iştirakı sual altındadır. Vöber hətta yığmanın heyətindən də çıxarıla bilər. Buna isə təkrar müayinədən sonra qərar veriləcək.

Qeyd edək ki, oktyabrın 13-də Belçika, 16-da isə Azərbaycan millisi ilə qarşılaşacaq Avstriya yığmasında Marko Arnautoviç, Karim Onisivo və Fillipp Muene zədə ucbatından heyətə salınmayıblar. David Alaba, Marsel Sabitzer, Mixael Qreqoritş və Stefan Poşun durumu isə bəlli deyil.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp