Bu gün Misli Premyer Liqasında 9-cu tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk gündə bir görüş baş tutacaq.

Lider “Zirə” doğma meydanda “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək.

“Qəbələ” – “Səbail” və “Sabah” – “Araz-Naxçıvan” görüşləri şənbə, “Sumqayıt” – “Kəpəz” və “Neftçi”– “Qarabağ” oyunları isə bazar günü keçiriləcək.

Misli Premyer Liqası
9-cu tur

6 oktyabr

“Zirə” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev
Zirə İdman Kompleksinin stadionu, 18:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp