“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki uğurlu çıxışı Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Futbolinfo.az saytı xəbər verir ki, Ağdam təmsilçisi İsveçdə yerli “Hakken”ə 1:0 hesabı ilə qalib gələrək, ölkə reytinqinə 0,500 xal əlavə edib.

Bununla ölkənin cari mövsümdəki xalları 3,625 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 17,875-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. 27 və 28-ci pillələrdəki Slovakiya ilə fərq azalıb (0,500).

Reytinqə 91,678 xalla İngiltərə başçılıq edir. İspaniya (78,489) ikinci, İtaliya (74.569) isə üçüncü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp