Vinisius Junior ifadə verib. “Real”ın braziliyalı hücumçusunun məhkəmədə ilkn dindirilməsi reallaşıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Madrid klubu rəsmi məlumat yayıb. Vinisius ötən mövsümün sonunda “Valensiya” ilə səfər matçında irqçi təzyiqlərə məruz qaldığından oyunu erkən tərk etmiş, daha sonra yerli azarkeşlərdən şikayət etmişdi.

Hadisə mayın 21-də baş vermişdi. İndi isə məhkəmə olaylara qiymət vermək üçün dinləmələr keçirir. “Mestalya”da baş verən olaylara görə irqçi şüarlar səsləndirən azarkeşlər də məsuliyyətə cəlb olunub. Valensiyanın 10-cü cəza məhkəməsi dinləmələri yekunlaşdırdıqdan sonra cəzaları açıqlayacaq.

Xatırladaq k, Vinisius məhkəməyə videokonfrans formatında qatılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp