“Filadelfiya Siksers” komandasının basketbolçusu Coel Embiid ABŞ millisində oynamaq qərarına gəlib. Basketbolçu niyə məhz belə qərar qəbul etdiyini də izah edib.

“Əsas amalım düzgün qərar vermək idi. Bu səbəbdən də maraqlanan tərəflərin hər birinin (Kamerun, ABŞ, Fransa) nümayəndələri ilə görüşdüm.

Hər üç variantı bəyənirəm. Kamerun mənim vətənimdir, oranı çox sevirəm. Amma mən Olimpiya Oyunlarında iştirak etməyi çox istəyirəm, bu, mənim məqsədim və arzum idi. Həm də oğlum amerikalıdır, özüm də uzun müddətdir ki, buradayam.

Bütün təkliflərə görə hər 3 ölkəyə minnətdaram. Fransa məni qəbul etməkdə çox maraqlı idi, bunu yüksək qiymətləndirirəm. Verdiyim qərar çox  çətin idi. Güman edirəm ki, hər kəz bunu anlayışla qarşılayacaq”, – deyə ötən mövsüm MBA-da müntəzəm çempionatın ən dəyərli basketbolçusu bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp