İsveçin “Hakken” klubunun futbolçuları Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la keçirilən ev oyunundan sonra hakimlikdən narazılıq ediblər.

Futbolinfo.az xəbər verir ki, kapitan Samuel Qustafson, yarımmüdafiəçi Mikkel Riqard və hücumçu Amor Layuni 12-ci dəqiqədə baş verən epizodda avstriyalı referi Sebastian Qishamerin penalti təyin etməməsindən şikayətləniblər.

Hər üç futbolçu Julio Romaonun həmin anda Mikel Ryuqoru cərimə meydançası daxilində kobudluqla dayandırdığını iddia edib.

Amor Layuni: “Aşkar penalti idi, kobudluq cərimə meydançası daxilində olmuşdu. Bu epizodu görəndə əsəbiləşirəm. “Bayer 04” ilə Almaniyadakı oyunda da eyni hal olmuşdu. VAR-da yoxlamayacaqlarsa, bu sistem nəyə lazımdır?”

Samuel Qustafson: “Hiss edirəm ki, cərimə xətt üzərində idi. Buna niyə penalti verilmədi, başa düşə bilmirəm. Bu cür matçlarda bir qol həlledici olur. Hakimə səhv etdiyini dedim, o isə mənə susmağımı bildirdi”.

Mikel Ryuqor: “VAR sistemindən istifadə edirlərsə, qərar da düzgün olmalıdır. “Qarabağ”la görüşdə bunu görmədik. Bu qərar biabırçılıq idi. Rəqib ayağıma cərimə meydançası daxilində vurdu. Bu, təkrardan da görünür”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp