Bu gün Misli Premyer Liqasında IX tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, “Qəbələ” ikinci oyun günündə meydana çıxacaq.

“Qırmızı-qaralar” 1-ci dövrədəki son matçını evdə keçirəcək. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda “Səbail”i qonaq edəcək.

Bu, rəqiblərin 28-ci dueli olacaq. Əvvəlki qarşılaşmalarda “Qəbələ” böyük üstünlüyə malikdir. İndiyədək keçirilən 27 görüşdə 16 qələbəsi olan “qırmızı-qaralar” 6 görüşdən sülhlə ayrılıb. Paytaxt təmsilçisi isə 5 dəfə qalib gəlib. Son 6 dueldə məğlub olmayan “Qəbələ” bu görüşlərin hamısında qol sevinci yaşayıb. Rəqib qapısından 52 top keçirən “Qəbələ” 29 qol buraxıb. Ülvi İsgəndərovla Baqali Dabo “Səbail”ə daha çox – hərəyə 6 qol vurub.

“Qəbələ” “Səbail”lə 23 dəfə çempionat, 4 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 12 qələbə və 6 heç-heçəsi olan “qırmızı-qaralar” top fərqində də öndədir – 43-25.

“Qəbələ” 14-cü dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək. İndiyədək “Qəbələ” evdəki 13 görüşdə uduzmayıb. 10 qələbəsi olan komandamız 3 dəfə heç-heçə edib. Meydan sahiblərinin 31 qol vurduğu görüşlərdə qonaqlar 10 dəfə fərqlənib. “Qırmızı-qaralar” indiyədək ev oyunlarını qolsuz tərk etməyib.

Xatırladaq ki, oktyabrın 7-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 16:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp