“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev milli komandanın qarşıdakı oyunlarına hazırdır. O, gərgin qrafikə rəğmən, bütün matçlarda var gücü ilə oynamaq istəyir.

Sol cinah oyunçusu futbolinfo.az saytına açıqlamasında bunları deyib: “Əlbəttə, belə qrafikdə oynamaq çətin olur. Mənim üçün deyil, bütün komanda bu baxımdan müəyyən çətinliklər yaşayır. 2 gün sonra “Neftçi”yə qarşı oynayacağıq, ardınca oktyabrın 10-da milli komanda toplaşacaq. Amma futbolçuyuq, peşəkarıq, bunun öhdəsindən gəlməliyik”.

Elvin çempionatın maraqlı keçdiyini bildirib: “Fikrimcə, bu turdakı oyunumuz maraqlı olacaq. Nəinki “Neftçi”, digər bütün komandalar bizə çətinlik yaradır. İlk turlarda bunu gördük. Ümumilikdə mövsüm maraqlı keçəcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp