“Mançester Siti” Erlinq Halandla yeni müqavilə barəsində müzakirələrə başlamaq istəyir. “Şəhərlilər” norveçli forvardla anlaşmanın müddətini daha da uzatmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubunun bu addımı indi atması səbəbsiz deyil. Son vaxtlar işləri yaxşı getməyən, istədiyi qədər qol vurmayan hücumçuya dəstək vermək üçün doğru zaman seçilib.

Dortmund “Borussiya”sından ötən yay transfer edilən 23 yaşlı futbolçu ilə müqavilənin müddətinin daha bir illik artırılması nəzərdə tutulub. Təbii ki, belə olduqda onun maaşı da yüksələcək. Hazırkı anlaşması 2027-ci ilin yayında bitəcək Erlinq təklifə müsbət yanaşır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp