Bu həftəsonu bütün diqqətlər İngiltərə Premyer Liqasında baş titacaq “Arsenal” – “Mançester Siti” matçına yönələcək. Çempionluq mübarizəsində mühüm qarşılaşmalardan biri ilə bağlı müzakirələr səngimir.

Futbolinfo.az xəbər verir ki, sabiq futbolçu Kris Satton da matçı dəyərləndirib: “Arsenal” zədəli Qabriel Martinelli və Bukayo Saka olmadan da təhlükəli olmağa davam edəcək, ancaq bu oyunun önəmini nəzərə alsaq, yoxluqları hiss olunacaq. “Siti”də də gərginlik var. Bir neçə oyunçuları olmayacaq, üstəlik, Erlinq Haland formada deyil. Onun son 4 matçda cəmi 1 qol vurması düşündürücüdür. Bununla belə, onu siyahıdan silmək olmaz, hər an partlaya bilər”.

Satton “Mançester Siti”ni daha şanslı sayır: “Şəhərlilər” o qədər də yaxşı oynamır, lakin onları favorit sayıram, “Arsenal”a möhkəm yumruq vura bilərlər. Doğrudur, ötən həftə iki matçda uduzublar, amma bu mövsüm çox uduzmayacaqlar”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp