AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda II Liqanın 5-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edildi:

“Şəmkir” – “Ağdaş” oyununda “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilib.

“Şəmkir” – “Ağdaş” oyununun 90+7-ci dəqiqəsində “Ağdaş” klubunun 23 nömrəli futbolçusu Habil Məmmədli ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Ağdaş” klubu 50 manat cərimə edilib.

“Şəmkir” – “Ağdaş” oyununun 90+7-ci dəqiqəsində “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Ağdaş” klubu 150 manat cərimə edilib.

“Şəmkir” – “Ağdaş” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” klubu 80 manat cərimə edilib.

“Cəbrayıl” – “Kür-Araz” oyununda “Cəbrayıl” komandasının formasında qüsurlar olduğuna görə oyun gec başladığı üçün “Cəbrayıl” klubu 80 manat cərimə edilib.

“Cəbrayıl” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının formasında qüsurlar olduğuna görə oyun gec başladığı üçün “Kür-Araz” klubu 80 manat cərimə edilib.

“Füzuli” – “Şəfa” oyununun 89-cu dəqiqəsində “Füzuli” klubunun 15 nömrəli futbolçusu Əziz Hüseynov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Füzuli” klubu 50 manat cərimə edilib.

“Göygöl” – “Dinamo” oyununda “Dinamo” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilib.

“Sheki City” – “Şahdağ Qusar” oyununun 90+1-ci dəqiqəsində “Sheki City” klubunun 5 nömrəli futbolçusu Ramin İsmayılov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Sheki City” klubu 50 manat cərimə edilib.

“Sheki City” – “Şahdağ Qusar” oyununun 90+2-ci dəqiqəsində “Sheki City” klubunun 3 nömrəli futbolçusu Nicat İmaməliyev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Sheki City” klubu 50 manat cərimə edilib.

“Sheki City” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sheki City” klubu 80 manat cərimə edilib.

“Sheki City” – “Şahdağ Qusar” oyununda “Sheki City” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Sheki City” klubuna xəbərdarlıq edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp