Miroslav Kloze indiki gənclərin futbola münasibətindən narazıdır. Almaniya millisinin sabiq hücumçusu öz zamanlarının daha yaxşı olduğunu düşünür.

Futbolinfo.az xəbər verir ki, Polşa əsilli oyunçu xatirəsini danışıb: “Məşqdən sonra topları toplamağa gedəndə mənə irad tuturdular. Komandada bunu etməli olan daha yaşlı insanlar var idi. Mən isə deyirdim: “Hələ 20 yaşındayıq və 60 yaşında birinə kömək etməliyik”. Yoldaşlarım da belə edirdi”.

Kloze şikayətlənir: “İndi futbola bizim vaxtdakı münasibət yoxdur. İndiki gənc oyunçular sponsorların onlara verdiyi pulları, alacaqları bahalı avtomobilləri və görünüşlərini düşünürlər. Futbol bu kimi nüansların ön plana çıxması ilə ölməyə başladı. Onlar üçün bu, azarkeşlərinin ekranlarda görmək istədiyindən daha önəmlidir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp