Serbiya idman tarixinin ən böyük simalarından biri Novak Cokoviç “Srvena Zvezda”nın oyununa təşrif buyurub. Basketbola və futbola sevgisini gizlətməyən məşhur tennisçi Avroliqanın oyununu izləyib.
Futbolinfo.az xəbər verir ki, Belqrad komandası doğma meydanda Fransanın “Villerban” komandası ilə qarşılaşıb.
“Böyük dəbilqə” seriyalı turnirlərdə 24 dəfə çempion olan Cokoviç hər kəsin diqqət mərkəzində olub. Tennisçi qarşılaşmaya atası Srcanla birlikdə tamaşa edib.