Bu gün Misli Premyer Liqasında 9-cu tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk gündə bir görüş baş tutub.

Lider “Zirə” doğma meydanda “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirib. Üç qolluq matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Qəbələ” – “Səbail” və “Sabah” – “Araz-Naxçıvan” görüşləri şənbə, “Sumqayıt” – “Kəpəz” və “Neftçi”– “Qarabağ” oyunları isə bazar günü keçiriləcək.

Misli Premyer Liqası
9-cu tur

6 oktyabr

“Zirə” – “Turan Tovuz” 2:1
Qollar: Salifu Suma, 33. Qismət Alıyev, 77 – Denis Marandiçi, 74.
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev
Zirə İdman Kompleksinin stadionu, 18:00.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Turan Tovuz: 1. Tərlan Əhmədli (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 60. Səbayıl Bağırov, 7. Luis Paçu, 80. Otto Con, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp