“Qəbələ” sabah Premyer Liqanın 9-cu turu çərçivəsində “Səbail”lə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda baş tutacaq.

Ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın 4 futbolçusu iştirak etməyib. Zədədən sonra bərpa prosesini başa vuran Ürfan Abbasov artıq komanda ilə məşqlərə qoşulub. Gilad Abramov, Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesini davam etdirirlər. Dizindən zədələnən Kristof Atanqana əməliyyat olunacaq. Qapıçı sabah İspaniyaya yollanacaq. O, oktyabrın 9-da müayinədən keçəcək. Bundan sonra əməliyyatın vaxtı müəyyənləşəcək.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” görüşü saat 16:00-da başlayacaq.

Shares: