Misli Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutacaq.

“Qəbələ” bu gün doğma meydanda “Səbail”lə münasibətlərunə aydınlıq gətirəcək. “Sabah” isə “Araz-Naxçıvan”ı qəbul edəcək.

Turun açılış oyununda “Zirə” “Turan Tovuz”u qəbul edib və 2:1 hesabıyla qalib gəlib. “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” oyunları isə sabah tutacaq.

Misli Premyer Liqası
9-cu tur

7 oktyabr

“Qəbələ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 16:00.

“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
“Bank Respublika Arena”, 18:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp