“Əl-Hilal”ın hücumçusu Neymar növbəti dəfə ata olub.

Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə sosial şəbəkədə paylaşım edib:

“Xoş gəldin, qızım! Biz artıq səni çox sevirik. Bizi seçdiyin üçün təşəkkür edirik”.

Neymar və həyat yoldaşı Biancardi 2020-ci ildə tanış olub və bir il sonra münasibətlərini açıqlayıb. Daha sonra cütlük ayrılsa da, sonra yenidən bir araya gəlib.

Neymarın Davi Luka adlı oğlu da var. Uşağın anası futbolçunun keçmiş sevgilisi Karolina Dantasdır.

Neymar - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp