Viktor Lindelöf “Mançester Yunayted”də qalmaq istəyir. O, hətta az oynamaq şansı almasına baxmayaraq, İngiltərə nəhəngində olmasından məmnundur.

Futbolinfo.az xəbər verir ki, 2017-ci ildən “qırmızı şeytan” olan 29 yaşlı isveçli müdafiəçi müqaviləsinin müddətini uzatmaq istəyir: “Əlbəttə, qalmaq istəyirəm. Buranı həqiqətən çox sevirəm. Gələn mövsüm klubdakı 7-ci ilim olacaq. Ailəm Mançesterdə rahatdır və burada oynamağı sevirəm”.

Gələn yay müqaviləsi bitəcək mərkəz müdafiəçisi narahat deyil: “Anlaşmada müddəti bir il uzatmaqla bağlı bənd var. Yaxın günlərdə həmin bəndi aktivləşdirmək ehtimalı yüksəkdir. Şəxsən mən razıyam, klubun qərarını gözləyirəm”.

Lindelöf cari mövsümü də dəyərləndirib: “İlk turlar yaxşı deyildik, lakin son qələbə nəfəs almağımıza imkan verdi. Sürəti artırmalıyıq. Liderlərdən çox geri deyilik. Mübarizəyə davam edəcəyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp