Sandro Tonalinin baş dərddədir. İtaliya yığmasının üzvü ən azı bir illik diskvalifikasiya edilə bilər.

Futbolinfo.az xəbər verir ki, qanunsuz mərc qalmaqalına qarışan yarımmüdafiəçi ötən il çıxış etdiyi “Milan”ın oyunlarına pul qoyurmuş. Bu isə onun cəzasını bağışlanmaz edir. Nəticələrin manipuliyasiyası ittihamı ilə onun uzun müddətlik cəza alması da mümkündür.

Xatırladaq ki, Tonali artıq millinin heyətindən kənarlaşdırılıb. Yayda “Nyukasl”a transfer olunan oyunçu İngiltərədə də problemlərlə üzləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp