Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan üzərində qələbə qazanaraq, final mərhələsinə vəsiqə əldə etmələrini dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis Avstriya mətbuatına açıqlamasında hədəflərinə çatdıqlarını bildirib: “Azərbaycanla oyundan sonra futbolçularıma dedim ki, onlarla fəxr edirəm. Çünki seçmə mərhələnin ən çətin qruplarından birində yer almışdıq. Sondan əvvəlki görüşə qədər final mərhələsinə vəsiqə qazanmaq asan iş deyildi”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda yığmamız 0:1 hesabı ilə məğlub olub. Avstriya hazırda 16 xalla F qrupunda ikinci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp