“Union Berlin” klubunun müdafiəçisi Leonardo Bonuççi “Yuventus”un yarımmüdafiəçisi Nikolo Facolinin mərc oynadığını bildiyi üçün cəzalandırıla bilər.

Futbolinfo.az “La Repubblica”ya istinadən xəbər verir ki, polis Facolinin telefonunu yoxladıqdan sonra Bonuççinin 22 yaşlı italyan futbolçunun mərc oyunundan xəbərdar olduğunu aşkar edib.

İtaliya qanunlarına görə, oyunçular bu cür məlumatı Federal Prokurorluğa bildirməlidirlər. Ancaq Bonuççi bunu etməyib. İndi “Union”un oyunçusu altı aylıq diskvalifikasiya ilə üzləşə bilər.

Oktyabrın 11-də məlum olub ki, Facoli qanunsuz platformalarda mərc oynadığı üçün istintaq altındadır. “Yuventus”un yarımmüdafiəçisi daha sonra mərc oynadığını etiraf edib. Lakin italiyalı futbolçunun sözlərinə görə, o, heç vaxt çıxış etdiyi klubların matçlarına mərc etməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp